Dünya
Zelenskinin təsis etdiyi studiyanın anbarı dron hücumuna məruz qaldı - VİDEO
Rusiya dronlarının növbəti hücumu nəticəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin təsisçilərindən biri olduğu "Kvartal-95" studiyasının anbarı məhv edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Kvartal-95" studiyasının "Facebook"dakı rəsmi səhifəsində yayımlanan açıqlamada bildirilib.
Məlumata görə, anbarda konsertlərdə, televiziya şoularında, filmlərdə və seriallarda istifadə olunan çoxsaylı dekorasiyalar, kostyumlar və rekvizitlər saxlanılırdı. "Kvartal-95" studiyasından bildirilib ki, hər bir dekorasiyanın, kostyumun və ya rekvizitin arxasında komandanın işi, çəkilişlər, məşqlər və tamaşaçılarla birlikdə yaradılan tarix dayanır. Zərbə nəticəsində heç kim xəsarət almayıb. Hadisə yerində Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları işləyiblər. Studiya operativlik və cəsarətlərinə görə xilasedicilərə təşəkkür edib. Studiya vurğulayıb ki, onların fəaliyyətini dayandırmaq mümkün olmayacaq və bütün planlaşdırılan çıxışlar qrafikə uyğun keçiriləcək.

Mənbə
oxu.az