Dünya

Şimali Koreyadan ABŞ və Cənubi Koreyaya nüvə silahı xəbərdarlığı

16 Sep 2026, 20:45 6 baxış
Şimali Koreyadan ABŞ və Cənubi Koreyaya nüvə silahı xəbərdarlığı
Şimali Koreya ABŞ və Cənubi Koreyanın addımlarına cavab olaraq nüvə silahından istifadə ehtimalı barədə xəbərdarlıq edib. Oxu.Az Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi bəyanat verib. Bildirilib ki, 2022-ci ildə qəbul edilmiş müvafiq qanun ölkə rəhbərliyinə və nüvə qüvvələrinin idarəetmə sisteminə hücum edildiyi təqdirdə, eyni zamanda KXDR-ə qarşı kütləvi qırğın silahlarının tətbiqi təhlükəsi yarandıqda nüvə arsenalından istifadə imkanını nəzərdə tutur. "Düşmənlərin dövlətimizə qarşı kütləvi qırğın silahlarından istifadə və hücumla bağlı bu cür təhdidləri təhlükəsizliyin təmin olunmasına ən ciddi çağırış kimi qiymətləndirilə bilər. Bu, dövlət nüvə silahlı qüvvələri ilə bağlı siyasəti haqqında qanunun müvafiq maddələrinin işə salınmasını tələb edir", - deyə bəyanatda vurğulanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər