Digər
Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı
2027-ci ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manat olması nəzərdə tutulur. Oxu.Az xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyinin 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair məlumatında yer alıb. Qeyd olunub ki, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,1 % çoxdur.
Mənbə
oxu.az