İqtisadiyyat

Ölkədə xərc üzrə siyasətin əsas istiqamətləri açıqlandı

16 Sep 2026, 21:40 4 baxış
Ölkədə xərc üzrə siyasətin əsas istiqamətləri açıqlandı

2027-ci ildə Azərbaycanda dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli xərc prioritetləri əsasında müəyyənləşdirilib.


Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.


Belə ki, 2027-2030-cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək. Ümumilikdə, ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətləri aşağıdakılardır:


- dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi, o cümlədən rəqəmsal inkişaf yönümlü və innovasiya tutumlu sahələrə investisiyaların artması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması və biznes-investisiya mühitinin yaxşılaşdırılması;


- ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən sərhədlərin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləş-dirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin və layihələrin icrası;


- işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;


- rəqəmsal inkişaf sahəsində müəyyən edilən prioritetlərin həyata keçirilməsi, eləcə də süni intellekt texnologiyalarının tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi;


- əhalinin sosial müdafiəsi və rifahı, xüsusilə həssas təbəqələrin sosial təminatının daha da gücləndirilməsi;


- iqtisadiyyata dövlət büdcəsindən birbaşa və dolayısilə dövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya və dotasiya formasında maliyyə dəstəyinin davam etdirilməsi;


- müdafiə olunan xərclərin, o cümlədən əməyin ödənişi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı;


- dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqram və tədbirlərin maliyyə təminatı;


- təmiz ətraf mühit və "yaşıl artım"ın təmin olunması, eləcə də yaşıl enerji mənbələrinin genişləndirilməsi.

Mənbə axar.az

Oxşar Xəbərlər