Dünya

İran və Oman Hörmüz boğazının açılması planı barədə razılığa gəliblər

16 Sep 2026, 17:50 6 baxış
İran və Oman Hörmüz boğazının açılması planı barədə razılığa gəliblər
İran və Oman rəsmiləri Hörmüz boğazının gəmilərin hərəkəti üçün yenidən açılmasını nəzərdə tutan plan üzrə ortaq məxrəcə gəliblər. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Abbas Araqçı Çinin xarici işlər naziri Van İ ilə görüşü zamanı açıqlama verib. Çin XİN-in yaydığı bəyanatda iranlı nazirin bu sözləri yer alıb: "İran tərəfi ABŞ ilə imzalanmış anlaşma memorandumunun hazırda da hüquqi qüvvəyə malik olduğunu düşünür. İran artıq Hörmüz boğazının açılması ilə bağlı Omanla planı razılaşdırıb və ABŞ tərəfinin bütün öhdəliklərini vicdanla yerinə yetirməli olduğu qənaətindədir".
Mənbə oxu.az

Oxşar Xəbərlər