İqtisadiyyat

Azərbaycan Rusiyadan buğda tədarükünü 6 dəfə artırdı

16 Sep 2026, 18:35 4 baxış
Azərbaycan Rusiyadan buğda tədarükünü 6 dəfə artırdı

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 143,457 milyon ABŞ dolları dəyərində 631 min 686 ton buğda gətirilib.


Axar.az xəbər verir ki, Report-un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 % çox, kəmiyyət olaraq – 2,3 % azdır.


Hesabat dövründə Azərbaycan Rusiyadan 115,27 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,6 dəfə çox) 505 min 999 ton (+5,8 dəfə), Qazaxıstandan 28,18 milyon ABŞ dolları dəyərində (-76 %) 125 min 685 ton (-77,5 %), Türkiyədən 0,8 min ABŞ dolları dəyərində (-87,2 %) 1,6 ton (-81,3 %) və Serbiyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) buğda alıb.


Təkcə iyulda Azərbaycan 46 633 min ton, o cümlədən Rusiyadan 42 min 144 ton buğda idxal edib ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 5,8 % və 59 % çoxdur.


2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 267 min 322 ton buğdanın 52,26 %-i Qazaxıstanın, 47,73 %-i Rusiyanın payına düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər