İdman
"Neftçi" 1000-ə çatır - Tarixi gün yaxınlaşır - VİDEO
Misli Premyer Liqasının VI turu "Neftçi" üçün əlamətdar olacaq. Oxu.Az xəbər verir ki, "ağ-qaralar" VI turda "Qəbələ" ilə qarşılaşmada ölkə çempionatlarında 1000-cü oyununa çıxacaqlar. Peşəkar Futbol Liqası bu münasibətlə "Neftçi"nin yubiley oyununa həsr olunmuş xüsusi süjet hazırlayıb. Süjetdə "Neftçi"nin veteran futbolçusu, komandanın ölkə çempionatlarındakı ilk qolunun müəllifi Yunis Hüseynov və "ağ-qaralar"ın hazırkı kapitanı Emin Mahmudov fikirlərini bölüşüblər.
Mənbə
oxu.az