İdman

Şahin Mustafayev bu federasiyanın prezidenti seçildi

16 Sep 2026, 16:31 3 baxış
Şahin Mustafayev bu federasiyanın prezidenti seçildi

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib.


Bu barədə Axar.az-a ASTF-nın mətbuat xidmətindən məlumat verilib.


2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev qarşıdakı 4 il ərzində də Azərbaycan stolüstü tennisinin daha da inkişaf etdirilməsi, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər