Dünya

ABŞ Konqresi Trampın oğluna rusiyalı iş adamının verdiyi toy hədiyyəsini araşdırır

16 Sep 2026, 16:20 5 baxış
ABŞ Konqresi Trampın oğluna rusiyalı iş adamının verdiyi toy hədiyyəsini araşdırır
ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsindəki demokrat azlığın nümayəndəsi Robert Qarsiya Ağ Evdən rusiyalı biznesmen Umar Kremlyovun ABŞ prezidentinin oğlu kiçik Donald Trampın toy xərclərinin bir qismini hədiyyə olaraq ödəməsi ilə bağlı yayılan xəbərlərə dair bütün məlumatları tələb edib. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Siz ABŞ prezidentinin oğlu, eyni zamanda, Hərb Nazirliyi ilə böyük müqavilələri olan bir sıra şirkətlərin ortaq sahibi və iri investoru olaraq, Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafının nümayəndəsindən alınan belə "qeyri-adi səxavətli toy hədiyyəsini" tərifləməklə ciddi suallar yaradırsınız", - deyə konqresmen Ağ Ev rəhbərinin oğluna ünvanladığı məktubda qeyd edib. Bununla yanaşı, kiçik Donaldın həyat yoldaşı Bettina demokratların toy hədiyyəsinə verdiyi reaksiyanı tənqid edərək, burada qınanılacaq heç nə görmədiyini vurğulayıb. O, Kremlyovu "əziz dost" adlandırıb və əlavə edib ki, iş adamı bu ilin mayında baş tutan toydan sonra "çox səxavətlə iki inanılmaz gecə təşkil edib". "Çox təəssüf ki, belə şəxsi və sevindirici bir hadisə sadəcə kim olduğunuza və ya haradan gəldiyinizə görə siyasi və ya pis niyyətli bir şey kimi səhv başa düşülə bilər. Dostluq siyasi motivlər tələb etmir. Səxavət hər zaman gizli məqsədlərlə müşayiət olunmur. Bəzən isə toy hədiyyəsi elə sadəcə toy hədiyyəsidir", - deyə o, fikrini yekunlaşdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər