Cəmiyyət

Badamdarda PARTLAYIŞ: Xəsarət alan şəxsin vəziyyəti açıqlandı - FOTO

16 Sep 2026, 17:57 3 baxış
Badamdarda PARTLAYIŞ: Xəsarət alan şəxsin vəziyyəti açıqlandı - FOTO
Badamdar rayonunda baş verən partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib. Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisindən partlayış səbəbilə çağırış qeydə alınıb və çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 2006-cı il təvəllüdlü şəxs (kişi) bədənin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona baş, boyun, gövdənin hər iki aşağı və yuxarı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı binanın birinci mərtəbəsində yerləşən mənzilin hamam otağında, ilkin ehtimala əsasən, qazla işləyən cihazda partlayışın baş verdiyi müəyyən edilib. FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı bir nəfər xəsarət alıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
{{gallery}}
Badamdarda PARTLAYIŞ: Xəsarət alan şəxsin vəziyyəti açıqlandı - FOTO Badamdarda PARTLAYIŞ: Xəsarət alan şəxsin vəziyyəti açıqlandı - FOTO Badamdarda PARTLAYIŞ: Xəsarət alan şəxsin vəziyyəti açıqlandı - FOTO Badamdarda PARTLAYIŞ: Xəsarət alan şəxsin vəziyyəti açıqlandı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər