İdman

Domeniko Tedesko istefaya göndərildi

16 Sep 2026, 15:22 4 baxış
Domeniko Tedesko istefaya göndərildi
İtaliyanın "Bolonya" klubu baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin 2028-ci ilədək olan müqaviləsinə vaxtından əvvəl xitam verilib. Klub Tedesko ilə birlikdə onun məşqçilər korpusuna da fəaliyyətlərində uğurlar arzulayıb. Komandanın yeni baş məşqçisi isə Raffaele Palladino olub. İtaliyalı mütəxəssislə 2029-cu il iyunun 30-dək müqavilə imzalanıb. Qeyd edək ki, "Bolonya" ölkə çempionatında 4 turdan sonra 1 xalla 16-cı yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər