Dünya

Qızıl mədəni çökdü: Azı 60 nəfər həlak oldu - VİDEO

16 Sep 2026, 14:08 2 baxış
Qızıl mədəni çökdü: Azı 60 nəfər həlak oldu - VİDEO
Sudanın cənub bölgəsində yerləşən qızıl mədənində ağır faciə qeydə alınıb. Sağ qalan iki nəfərin məlumatına əsasən, hadisə nəticəsində həlak olanların sayı ən azı 60 nəfərə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Bildirilib ki, bir çox mədənçinin taleyi hələ də naməlum olaraq qalır və onların köməksiz vəziyyətdə dağıntılar altında qalması ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Qeyd edilib ki, hadisə sentyabrın 15-də Qərbi Kordofanın Ən-Nahud şəhəri yaxınlığındakı Əz-Zəraa mədənində baş verib. Qayaların qəfil çökməsi nəticəsində keçidlər bir-birinin ardınca bağlanıb. Növbəti günün səhərinə qədər xilasedicilər 60 nəfərin cəsədini yerin səthinə çıxara biliblər. Gecə boyu fasiləsiz davam edən axtarışlar zamanı insanlar yeni uçqun təhlükəsinə baxmayaraq, dağıntıları əlləri ilə qazıblar. Xilas olanlardan biri - Xeyr əs-Səyyid Cabara jurnalistlərə açıqlamasında bildirib ki, hazırda yerin altında daha neçə nəfərin qaldığını dəqiq söyləmək mümkün deyil. O, digər işçilərlə birlikdə gecə əməliyyatlarına qatılaraq, yoldaşlarını tozlu daş qalıqları arasından çıxarmağa kömək edib. Onun sözlərinə görə, hadisə yerində böyük təşviş yaşanıb, fəryad və inilti səsləri eşidilib, mədənin ətrafını isə toz və nəm qaya qoxusu bürüyüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər