Digər

Leyen Kanadaya AB-yə üzvlüklə bağlı təklif verdi

16 Sep 2026, 16:25 3 baxış
Leyen Kanadaya AB-yə üzvlüklə bağlı təklif verdi

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Kanadanın AB-nin ilk assosiativ üzvü olmasını təklif edib.


Axar.az xəbər verir ki, bu barədə Leyen Kanadanın Baş naziri Mark Karninin iştirakı ilə keçirilən görüşdə deyib.


O, demokratiyanın gücləndirilməsi məqsədilə qlobal tərəfdaşlıqlara yenidən baxmağa çağırıb.


Qeyd edək ki, təşəbbüs Kanadanın bloka tam qoşulmadan AB ilə daha sıx inteqrasiyası üçün yeni formatın yaradılmasını nəzərdə tutur. Əməkdaşlığın sənaye, texnologiya, müdafiə, enerji və Arktikanın inkişafı sahələrini əhatə etməsi gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər