Dünya

Almaniya xəstəxanalarında və orduda təcili tədbirlər: Berlin müharibəyə hazırlaşır?

16 Sep 2026, 15:38 3 baxış
Almaniya xəstəxanalarında və orduda təcili tədbirlər: Berlin müharibəyə hazırlaşır?
Almaniya xəstəxanaları və Bundesver (ordu) ehtimal edilən hərbi münaqişə ilə əlaqədar təcili hazırlıq tədbirlərinə start veriblər. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Hibrid hücumlar və Almaniyanın müdafiə nazirinin 2029-cu ilə qədər yarana biləcək risklərlə bağlı xəbərdarlıqları fonunda ölkənin infrastrukturu sürətlə yenidən qurulur. Ulm şəhərində hərbçilər "soyuq müharibə" dövründən qalma iki min nəfərlik yeraltı sığınacağın bərpa edilməsi imkanlarını nəzərdən keçirirlər. Bununla belə, mütəxəssislər səhiyyə sisteminin bu cür uzunmüddətli sınağa hələ tam hazır olmadığını vurğulayırlar. Əsas problemlər sırasına çarpayı fondunun çatışmazlığı, döyüş xəsarətləri üzrə təcrübəyə malik cərrahların azlığı, logistika zəncirlərinin həssaslığı və dərman təchizatından asılılıq daxildir. Hökumət bu çətinlikləri aradan qaldırmaq məqsədilə mülki və hərbi xəstəxanaları vahid monitorinq şəbəkəsində birləşdirəcək səhiyyə təhlükəsizliyi haqqında qanun qəbul etməyi planlaşdırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər