Dünya

"Kurtlar Vadisi Pusu" serialı nəzarətə götürüldü

16 Sep 2026, 14:45 3 baxış
"Kurtlar Vadisi Pusu" serialı nəzarətə götürüldü
Türkiyədə Silivri Respublika Baş Prokurorluğu, Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada baş verən şübhəli ölümü ilə əlaqədar aparılan istintaq çərçivəsində əhəmiyyətli bir addım atıb. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluq "Kurtlar Vadisi Pusu" serialında FETÖ təbliğatının aparılması iddiaları əsasında araşdırma başlamaq barədə qərar qəbul edib. Qərar əsasında, öz sahəsində mütəxəssis olan şəxslərdən ibarət xüsusi ekspert qrupu təyin edilib. Tərtib olunacaq hesabatda serialdakı ssenari xətləri, dialoqlar və gizli mesajlar ətraflı şəkildə təhlil ediləcək. Həyata keçiriləcək texniki və məzmun baxışlarından sonra, ekran işinin yayımlanan seriyalarında təşkilati göstərişlərin verilib-verilmədiyi, həmçinin layihənin FETÖ ilə hər hansı bir səbəb-nəticə əlaqəsinin olub-olmadığı aydınlaşacaq. İstintaq çərçivəsində hüquqi proses davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər