Dünya

Avropanı heyrətə salan qalmaqal: AK sədri baş naziri niyə qəbul etmədi?

16 Sep 2026, 13:45 3 baxış
Avropanı heyrətə salan qalmaqal: AK sədri baş naziri niyə qəbul etmədi?
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Kanadanın Baş naziri Mark Karninin Strasburqa səfəri çərçivəsində onunla görüşdən imtina edərək qalmaqala yol açıb. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, Lyayen sentyabrın 15-də Karni ilə görüşməli idi və Kanadanın baş naziri onun nitqini dinləyib Avropa Parlamentində çıxış etməyi planlaşdırırdı. Lakin Avropa Komissiyasının rəhbəri həmin vaxt Brüsseldə uşaq təhlükəsizliyi məsələlərinə dair mətbuat konfransında iştirak etməyi seçib. Həm avropalı məmurlar, həm də deputatlar rəsminin bu davranışından heyrətə gəliblər. Eyni zamanda, Avropa Parlamentinin belçikalı deputatı Ketlin Van Brempt bildirib ki, bu hərəkət "təkcə nəzakətsizlik deyil, həm də yolverilməzdir". Yekunda Karni ilə görüş sentyabrın 16-na təxirə salınıb. Xatırladaq ki, daha əvvəl Karni Kanadanın Avropa İttifaqı ilə "unikal alyans" qurmaq üçün danışıqlara başladığını açıqlamışdı. Söhbət ittifaqa üzvlükdən deyil, Vaşinqtonla sürətlə gərginləşən münasibətlər fonunda Ottavanın ABŞ-dən iqtisadi asılılığını azaltmasına imkan yaradacaq yeni tərəfdaşlıq formatından gedir.
Mənbə oxu.az

Oxşar Xəbərlər