Cəmiyyət
Bakının azad edilməsi Manisada qeyd olundu - Foto
Bakının azad edilməsinin 108-ci ildönümü Türkiyənin Manisa vilayətində də qeyd edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bakının azad edilməsinin 108-ci ildönümü 15 sentyabrda Turqutlu rayonunda Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil edilən proqramda qeyd olunub.
Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyi, Manisa Böyükşəhər Bələdiyyəsi, Turqutlu Bələdiyyəsi və Salehli Bələdiyyəsinin dəstəyi ilə təşkil edilən tədbirdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və 15 sentyabr 1918-ci ildə Bakının azad edilməsinin tarixi əhəmiyyəti vurğulanıb.
Mənbə
axar.az