Dünya
Los-Ancelesdə helikopter qəzası: Ölənlər var - VİDEO
ABŞ-nin Los-Anceles şəhərində helikopterin qəzaya uğraması nəticəsində ən azı üç nəfər həyatını itirib, daha bir nəfər isə xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "CBS News" telekanalı yayıb.
Qəzaya uğrayan hava gəmisinin yerli mətbuat orqanlarından birinə məxsus olduğu ehtimal edilir. Hadisənin başvermə səbəbləri hələlik müəyyən edilməyib. Qeyd olunur ki, uçuş aparatı sentyabrın 15-də Los-Ancelesin ətraf ərazilərində qeydə alınan ağır yol-nəqliyyat hadisəsinin baş verdiyi yerin yaxınlığında yerə çırpılıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər