Cəmiyyət
Məşhur müğənninin qardaşına yüksək vəzifə verildi - FOTO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Oxu.Az nocomment.az-a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananın baş həkimi təyin edilib. Qeyd edək ki, yeni baş həkim uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində, daha sonralar isə həmin xəstəxananın Urologiya şöbəsində uroloq-cərrah işləyib. İxtisasca uroloq-cərrah olan Mətləb Musayev həm də məşhur müğənni Mənzurə Musayevanın qardaşıdır.
Mənbə
oxu.az