İdman
Messi Argentina millisinin matçına çağırıldı
"İnter Mayami" futbol klubunun 39 yaşlı hücumçusu Lionel Messi Boliviya (30 sentyabr), Burkina-Faso (3 oktyabr) və Beninlə (6 oktyabr) keçiriləcək yoldaşlıq oyunları üçün Argentina milli komandasına dəvət alıb. Oxu.Az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) mətbuat xidməti rəsmi saytında məlumat yayıb. Daha əvvəl Beninlə oyunun Messi üçün vida matçı olacağı bildirilirdi. 2022-ci ilin dünya çempionu üçün Buenos-Ayresdəki "Monumental" stadionunda vidalaşma mərasimi təşkil olunacaq. Beninlə oyuna 2022-ci il dünya birinciliyində qalib gələn bütün heyəti dəvət etmək planlaşdırılır. Avqustun 31-də Messi Argentina milli komandasındakı karyerasını başa vurduğunu elan etmişdi. Hücumçu millinin heyətində 207 oyun keçirib, bu qarşılaşmalarda 125 qol vurub və 68 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
oxu.az