İdman

İspaniya La Liqası: "Real Madrid" autsayderi çətinliklə məğlub etdi - VİDEO

16 Sep 2026, 01:44 2 baxış
İspaniya La Liqası: "Real Madrid" autsayderi çətinliklə məğlub etdi - VİDEO
"Real Madrid" İspaniya La Liqasının 6-cı turunun səfər matçında "Elçe" üzərində çətin qələbə qazanıb - 2:3. Oxu.Az xəbər verir ki, fasiləyə kimi "kral klubu" iki top fərqi ilə irəlidə olub.

İllərin təcrübəli qapıçısı Matias Dituro 25-ci dəqiqədə öz qapısına qol vurub, 8 dəqiqə sonra isə fransalı hücumçu Kilian Mbappe fərqi iki topa çatdırıb. İkinci hissədə "Elçe" geridönüşə imza atmağa yaxın olub. Əvvəlcə hücumçu Abiel Osorio fərqi azaldıb, əsas vaxtın bitməsinə 7 dəqiqə qalmış isə Fer Ninyo madridlilərin qapısına ikinci qolu vuraraq hesabı bərabərləşdirib. Lakin "Real"a 3 xalı əlavə olunmuş 1-ci dəqiqədə gənc hücumçu Karlos Espi qazandırıb. "Real" 15 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb, 2 xalı olan "Elçe" isə 20-ci sırada yer alır.
Mənbə oxu.az

Oxşar Xəbərlər