Cəmiyyət
Bir sıra ərazilər işıqsız qalacaq - Ünvanlar açıqlandı
Sentyabrın 16-da Bakının Yasamal rayonunda və bir sıra bölgələrdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə elektrik şəbəkələrində təmir işləri aparılacaq. Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Transformator Məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar Akim Abbasov, Cəfərov qardaşları, Mətbuat prospekti, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq. Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 10 kV-luq "Orta Ləki" və "Kükəl" hava xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Aşağı Ləki, Bulaqotağı, Ərəb, Hapıtlı, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar, Orta Ləki, Ovçulu və Yuxarı Qəsil kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq. Həmçinin 110/35/6 kV-luq "Mingəçevir" yarımstansiyasından çıxan 6 kV-luq fiderdə təmir işləri aparılacaq. Bu səbəbdən saat 10:00-dan 15:00-dək Yevlax EŞ-nin ərazisində yerləşən Əkşəm, Hacıselli, Havarlı və Marzılı kəndlərində planlı fasilə yaranacaq. 110 kV-luq "Cəlilabad" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd və Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. Lənkəran EŞ-yə daxil olan 35 kV-luq "Xanbulan" hava xəttində aparılacaq təmir işləri zamanı isə saat 10:00-dan 13:00-dək Bürcəli, Xanbulan, Kərgəlan, Qurumba, Parakənd və Şağlaküçə kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq. Qeyd olunub ki, işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Mənbə
oxu.az