İdman

“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı

16 Sep 2026, 01:31 4 baxış
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı

“Qarabağ”ın futbolçusu Bense Varkonyi ilk dəfə Macarıstanın əsas milli komandasına çağırılıb.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyası məlumat yayıb.


Yığmasının baş məşqçisi Marko Rossi 24 yaşlı mərkəz müdafiəçisini UEFA Millətlər Liqasının dörd qarşılaşması üçün açıqlanan heyətə daxil edib. Varkonyidn başqa heyətdə daha dörd yeni futbolçu var.


Macarıstan yığması UEFA Millətlər Liqasında sentyabrın 25-də Ukraynanı qəbul edəcək. Komanda sentyabrın 28-də Şimali İrlandiya, oktyabrın 2-də Gürcüstan, oktyabrın 5-də isə Ukraynanın qonağı olacaq.


Bense Varkonyi “Qarabağ”a iyulun 3-də Macarıstanın “Zalaegerseq” klubundan keçib. O, Ağdam təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər