Dünya
Zelenski: "Mənim olduğum təyyarəyə Rusiya PUA-ları tərəfindən hücum cəhdləri olub"
Rusiya son həftələr ərzində iki dəfə Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd göstərib. Oxu.Az xəbər verir ki, bunu Ukrayna lideri özü "CBS News" telekanalına müsahibəsində bildirib. V.Zelenskinin sözlərinə görə, ilk hadisə onun Moldovada olduğu zaman baş verib. "Onlar mənim təyyarəmin olduğu Moldovaya hücum etdilər. Səbəb mən idim", - deyə dövlət başçısı bildirib. O, həmçinin qeyd edib ki, Ukraynaya Moldova üzərindən qayıdarkən daha bir oxşar hadisə baş verib. Belə ki, bir və ya iki pilotsuz uçuş aparatı yenidən Moldovanın hava məkanına daxil olub. Zelenskinin sözlərinə görə, bu hadisə barədə daha əvvəl məlumat verilməyib. Ukrayna Prezidenti hesab edir ki, bu, Rusiyanın onu və digər xarici liderləri qorxutmağa yönəlmiş strategiyasının bir hissəsi olub. Qeyd edək ki, sentyabrın 8-də Ukrayna prezidenti həyat yoldaşı ilə birlikdə kral V Haraldın dəfn mərasimində iştirak etmək, həmçinin Norveçin Baş naziri Yonas Qar Störe ilə danışıqlar aparmaq üçün Norveçə gedib. Daha sonra Yonas Qar Störe bildirib ki, Zelenskinin təyyarəsi Moldovadan Oslaya uçarkən havaya qalxması zamanı az qala PUA tərəfindən vurulacaqdı.
Mənbə
oxu.az