Dünya

İngiltərə Liqa Kuboku: "Liverpul" "Tottenhem"i, "Arsenal" "İpsviç"i məğlub etdi - VİDEO

16 Sep 2026, 01:18 2 baxış
İngiltərə Liqa Kuboku: "Liverpul" "Tottenhem"i, "Arsenal" "İpsviç"i məğlub etdi - VİDEO
İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində "Liverpul" "Tottenhem Hotspur"la, "Arsenal" isə "İpsviç"lə qarşılaşıb. Oxu.Az xəbər verir ki, "Enfild" stadionunda keçirilən görüş "Liverpul" 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Oyunda hesabı 21-ci dəqiqədə "Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister açıb. 54-cü dəqiqədə Kodi Qakpo meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. "Tottenhem"in yarımmüdafiəçisi Konor Qallaher 69-cu dəqiqədə fərqi azaldıb. Liverpulluların üçüncü qoluni isə Dominik Soboslay 90+1-ci dəqiqədə vurub. "Arsenal"ın "İpsviç"in qonağı olduğu digər görüş 2:4 hesab ilə londonluların qələbəsi ilə başa çatıb.

Görüşün əvvəlində "Arsenal"ın 16 yaşlı hücumçusu Maks Doumen hesabı açıb. 16-cı dəqiqədə vinger Çukvununonso Maduereke qonaqların üstünlüyünü möhkəmləndirib. İkinci hissənin əvvəlində Doumen dublunu rəsmiləşdirib. 58-ci dəqiqədə Mikel Merino Doumenin ötürməsindən sonra London təmsilçisinin dördüncü qolunu vurub. Dörd dəqiqə sonra hücumçu Anis Mehmeti meydan sahiblərinin ilk qolunu. 90+1-ci dəqiqədə isə Çuba Akpom ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər