Digər

Suriyada iğtişaşlar: Etirazçılar əsas yolu bağladılar – Video

15 Sep 2026, 12:02 2 baxış
Suriyada iğtişaşlar: Etirazçılar əsas yolu bağladılar – Video

Yanacaq qiymətlərinin kəskin artması Suriyada kütləvi etirazlara səbəb olub.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.


Məlumata görə, ölkədə dizel yanacağının qiyməti 40% artıraraq litri 175 Suriya funtuna (1,32 dollar) çatıb.


Hökumətin bu qərarına etiraz edən nümayişçilər təkərləri yandırıb və paytaxt Dəməşqi Hələb sənaye mərkəzi ilə birləşdirən magistral yol da daxil olmaqla, əsas yolları bağlayıblar.


Etirazçılarla daxili təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.


Qeyd edək ki, bu, 2024-cü ilin dekabrında ölkə lideri Bəşər Əsədin devrilməsindən bəri ən böyük iğtişaşdır.

Mənbə axar.az

Oxşar Xəbərlər