Cəmiyyət
Azərbaycanda ilk dərs günündə BİABIRÇILIQ: Şagirdlər sinifdə elektron siqaret çəkdilər, canlı yayım açdılar - VİDEO
Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. Oxu.Az-a daxil olan görüntülərə əsasən, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub. Videoda qız şagirdin uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib. O, eyni zamanda, dərs otağında sosial şəbəkədə canlı yayım açıb. Xüsusilə diqqətçəkən məqam isə bu görüntülərin tədris ilinin ilk dərs günündə, məktəb daxilində çəkilməsidir.
Məktəbdə şagirdlərin elektron siqaretdən istifadə etməsi və bunun sosial şəbəkədə canlı yayımlanması təhlükəli hal olmaqla yanaşı, təhsil müəssisəsində nəzarət məsələsini də gündəmə gətirib. Görüntülərin Bakıdakı 138 saylı məktəbdə çəkildiyini uşaqlar özləri etiraf ediblər. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Mənbə
oxu.az