Siyasət
Ceyhun Bayramovla Hakan Fidan arasında təkbətək görüş baş tutub - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfər edən türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. XİN-in sosial şəbəkəsindəki paylaşımda diqqətə çatdırılır ki, sözügedən səfər Türkiyə və Azərbaycan arasında mövcud olan güclü strateji tərəfdaşlığı, müttəfiqlik əlaqələrini və qardaşlıq münasibətlərini özündə əks etdirir. Səfər çərçivəsində XİN-də nazirlər arasında təkbətək görüş baş tutub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az