Cəmiyyət
Damda təmir işləri aparan 74 yaşlı kişi yıxılıb öldü
Astara rayonunda evinin damında təmir işləri aparan 74 yaşlı kişi yıxılaraq ölüb.
Axar.az xəbər verir ki, hadisə ötən gün rayonun Miki kəndində baş verib.
Məlumata görə, 1952-ci il təvəllüdlü Abid Şəfəqqətov yaşadığı evin damında təmir işləri aparan zaman yıxılması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az