Şou biznes

"Emmi" mükafatları sahiblərini tapdı: Qaliblərin tam siyahısı - FOTO

15 Sep 2026, 12:00 3 baxış
"Emmi" mükafatları sahiblərini tapdı: Qaliblərin tam siyahısı - FOTO
Los-Ancelesdə (ABŞ) 78-ci "Emmi" mükafatlarının təqdimat mərasimi baş tutub. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. İki ən yaxşı dram serialı nominasiyasında ardıcıl olaraq "Pitt xəstəxanası" ("The Pitt") qalib gəlib, "Dul qadınlar buxtası" ("Widow's Bay") komediyası isə bir mövsüm üzrə ümumilikdə 14 mükafat qazanaraq yeni rekord müəyyənləşdirib. Qaliblər sırasında Noa Uayli, Metyu Riz, Rey Sihorn, Cin Smart və Salli Fild yer alıblar. Tədbirə Zendaya, Nikol Kidman, Selena Qomes, Florens Pyu, Harrison Ford, Stiv Martin və digər məşhurlar qatılıblar. "Qanun və qayda. Xüsusi korpus" serialı ilə tanınan Marişka Hargitey tədbirin aparıcısı olub. O, son 15 il ərzində "Emmi" mərasimini təkbaşına idarə edən ilk qadın kimi tarixə düşüb. Əsas nominasiyalar üzrə "Emmi-2026"nın qaliblərinin tam siyahısı belədir: Dram Ən yaxşı dram serialı - "Pitt xəstəxanası" (The Pitt) Ən yaxşı aktrisa - Rey Sihorn, "Çoxlarından biri" (Pluribus) Ən yaxşı aktyor - Noa Uayli, "Pitt xəstəxanası" İkinci plan üzrə ən yaxşı aktrisa - Ellison Cenni, "Diplomat qadın" İkinci plan üzrə ən yaxşı aktyor - Tom Pelfri, "Tapşırıq" (Task) Ən yaxşı rejissor işi - Sol Metsştayn, "Yavaş atlar" Ən yaxşı ssenari - Vins Gilliqan, "Çoxlarından biri" (Pluribus) Komediya Ən yaxşı komediya serialı - "Dul qadınlar buxtası" (Widow's Bay) Ən yaxşı aktrisa - Cin Smart, "Hiylələr" Ən yaxşı aktyor - Metyu Riz, "Dul qadınlar buxtası" İkinci plan üzrə ən yaxşı aktrisa - Keyt O`Flinn, "Dul qadınlar buxtası" İkinci plan üzrə ən yaxşı aktyor - Stiven Rut, "Dul qadınlar buxtası" Ən yaxşı rejissor işi - Hiro Murai, "Dul qadınlar buxtası" Ən yaxşı ssenari - Keti Dippold, "Dul qadınlar buxtası" Miniseriallar, antologiyalar və telefilmlər Ən yaxşı miniserial və ya antologiya - "DTF. Sent-Luis" (DTF St. Louis) Ən yaxşı telefilm - "Qeyri-adi dərəcədə ağıllı məxluqlar" (Remarkably Bright Creatures) Ən yaxşı aktrisa - Salli Fild, "Qeyri-adi dərəcədə ağıllı məxluqlar" Ən yaxşı aktyor - Metyu Riz, "İçimdəki bədheybət" (The Beast in Me) İkinci plan üzrə ən yaxşı aktrisa - Linda Kardellini, "DTF. Sent-Luis" İkinci plan üzrə ən yaxşı aktyor - Devid Harbor, "DTF. Sent-Luis" Digər əsas kateqoriyalar Ən yaxşı realiti-yarış - "Xainlər" (The Traitors) Ən yaxşı varyete-şou - "Stiven Kolberlə gecə şousu" (The Late Show with Stephen Colbert) Realiti və ya realiti-yarış üzrə ən yaxşı aparıcı - Alan Kamminq, "Xainlər" Komediyada ən yaxşı dəvət olunmuş aktyor - Rob Rayner, "Ayı" (mükafat ölümündən sonra verilib) Komediyada ən yaxşı dəvət olunmuş aktrisa - Betti Gilpin, "Dul qadınlar buxtası" Dramda ən yaxşı dəvət olunmuş aktyor - Kiçik Ernest Harden, "Pitt xəstəxanası" Xüsusi proqramlar Canlı yayımda ən yaxşı varyete - Bəd Banninin iştirakı ilə "The Apple Music Super Bowl LX Halftime Show" Əvvəlcədən lentə alınmış ən yaxşı xüsusi varyete buraxılışı - "The Muppet Show".
"Emmi" mükafatları sahiblərini tapdı: Qaliblərin tam siyahısı - FOTO "Emmi" mükafatları sahiblərini tapdı: Qaliblərin tam siyahısı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər