Şou biznes

Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir" kimə verildi?

13 Sep 2026, 01:48 10 baxış
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir" kimə verildi?
83-cü Venesiya Film Festivalı sentyabrın 12-də başa çatıb. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, müsabiqənin əsas mükafatlarının qalibləri müəyyənləşib. Festivalın əsas mükafatları aşağıdakı filmlərə və kino xadimlərinə təqdim olunub: "Qızıl Şir" - "Naməlum qadın" ("Woman Unknown") filmi, rejissor May əl-Tuki (Danimarka, İsveç, Latviya). "Gümüş Şir" (Münsiflər heyətinin baş mükafatı) - "Mümkün sevgi" ("Possible Love") filmi, rejissor Li Çanq-donq (Cənubi Koreya). Ən yaxşı rejissor - "DAU" filminə görə İlya Xrjanovski (Almaniya, Fransa, İsveç). Ən yaxşı qadın aktyor - "Naməlum qadın" filminə görə Matild Arsel (Danimarka, İsveç, Latviya). Ən yaxşı kişi aktyor - "Doqquz vəhşi at" ("Wild Horse Nine") filminə görə Con Malkoviç (ABŞ, Çili). Ən yaxşı ssenari - "Yaxşı balaca əsgər" ("A Good Little Soldier") filminə görə Stefan Brize, Korali Amadeo və Olivye Qors (Fransa).
Mənbə oxu.az

Oxşar Xəbərlər