Cəmiyyət

Azərbaycanda Bilik Günüdür

15 Sep 2026, 00:04 27 baxış
Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.


Axar.az xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.


Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq.


2026/2027-ci tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq.


Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub.


Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə "Şəhərsalma və Memarlıq İli" mövzusuna həsr olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər