Dünya

MİT əməkdaşının ölümündə "Kurtlar Vadisi" detalı: Ssenaristlər ifadəyə çağırıldı

14 Sep 2026, 14:12 2 baxış
MİT əməkdaşının ölümündə "Kurtlar Vadisi" detalı: Ssenaristlər ifadəyə çağırıldı
Ergenekon istintaqı çərçivəsində 2011-ci ildə sabiq Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun Silivri Həbsxanasında vəfat etməsi ilə bağlı yenidən araşdırma başlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, bu istintaq tədbirləri çərçivəsində jurnalist Selahattin Günday və bir təcili tibbi yardım texniki (ATT) barəsində həbs qətimkan tədbiri seçilib. Bununla yanaşı, Kozinoğlunun məzarının açılmasına və sümük, torpaq, eləcə də digər nümunələrin götürülməsinə qərar verilib. Həmçinin həbsxananın kamera qeydləri, 112 çağırış mərkəzinin səs yazıları və xəstəxana sənədlərinin birgə təhlil edilməsi qərara alınıb. İstintaq işi üzrə ən son yenilik isə "Kurtlar Vadisi" serialının ssenaristlərinin "məlumat sahibi qismində" ifadə vermək üçün çağırılması olub. Prokurorluğun diqqətini cəlb edən məqamlardan biri "Kurtlar Vadisi Pusu" serialının 2011-ci il noyabrın 10-da ekranlara çıxan 136-cı seriyası olub. Qeyd olunan seriyada "Kazım Kaşifoğlu" adlı obrazın hücrədə saxlanıldığı və daha sonra ölümlə hədələndiyi səhnələr nümayiş olunub. Kaşif Kozinoğlu isə məhz bu seriyanın yayımlanmasından iki gün sonra, 2011-ci il noyabrın 12-də Silivri Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişib.
Mənbə oxu.az

Oxşar Xəbərlər