Dünya

Kanada və Avropa İttifaqı arasında yeni "unikal alyans" yaradılır

14 Sep 2026, 15:08 1 baxış
Kanada və Avropa İttifaqı arasında yeni "unikal alyans" yaradılır
Kanada Avropa İttifaqı (Aİ) ilə bənzəri olmayan "unikal alyans" yaratmaq niyyətindədir. Oxu.Az-ın CBC telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş naziri Mark Karni bəyanatla çıxış edib. "Bizim əsas hədəfimiz və müzakirəyə çıxaracağımız məsələ Avropa İttifaqı ilə qurulacaq unikal tərəfdaşlıqdır. Bizim eyni dəyərlərimiz, üst-üstə düşən prioritetlərimiz və bir-birini tamamlayan güclü cəhətlərimiz var", - deyə M.Karni vurğulayıb. Bununla yanaşı, hökumət rəhbəri qeyd edib ki, rəsmi Ottavanın məqsədi "Avropa İttifaqına tamhüquqlu üzv olmaq" deyil. Qeyd edək ki, bir müddət əvvəl "Bloomberg" agentliyi Aİ və Kanadanın sentyabrın 16-da texnologiya, müdafiə və ticarət sahələrini əhatə edən strateji ittifaqın yaradılmasını elan edəcəyini bildirmişdi. Agentliyin məlumatına əsasən, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda yeni əməkdaşlıq planını təqdim etməlidir. Bildirilib ki, tərəflər münasibətləri maksimum dərəcədə yaxınlaşdırmaq istəsələr də, Kanadanın Aİ-yə üzvlüyü müzakirə mövzusu deyil. Bu prosesi sürətləndirən əsas təkan isə Vaşinqtonun avqust ayında ümumi dəyəri 27.6 milyard dollar olan Kanada məhsullarına 50 faizlik gömrük rüsumu tətbiq etmək qərarı olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər