Cəmiyyət

Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTO

14 Sep 2026, 15:57 2 baxış
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTO
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verən qəza dondurma firmasına aid kiçiktutumlu yük avtomobilinin avtobusun hərəkət etdiyi zolağa çıxması səbəbindən baş verib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq marşrut xətti üzrə daşıyıcı şirkət "Grand Bus" MMC-dən məlumat verilib. "Hadisə nəticəsində xəsarət alan olmayıb. Aidiyyəti üzrə məlumat verilib və qəzanın səbəbləri araşdırılır", - deyə məlumatda bildirilir. Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Qeyd edilib ki, 198 nömrəli xətt ilə hərəkət edən sərnişin avtobusu firmalardan birinə məxsus yük maşını ilə toqquşub. Hadisə nəticəsində yük maşınına ciddi ziyan dəyib. Xəsarət alanın olmadığı bildirilir.

Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTO Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTO Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTO Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər