Dünya

Çinin Xaynan əyalətində güclü yağışlara görə 42 min insan təxliyə edilib

14 Sep 2026, 14:58 2 baxış
Çinin Xaynan əyalətində güclü yağışlara görə 42 min insan təxliyə edilib
Çinin Xaynan ada əyalətinin rəhbərliyi intensiv yağışlar, eləcə də sel və geoloji fəlakət riski səbəbindən 42 mindən artıq şəxsin təxliyə olunmasına qərar verib. Oxu.Az-ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayımlayıb. Anomal yağıntılarla bağlı yerli hakimiyyət orqanları ikinci səviyyəli təhlükə xəbərdarlığı ediblər. Qeyd edək ki, Çində kataklizmlərə dair dördpilləli xəbərdarlıq sistemi tətbiq edilir və ən yüksək dərəcə birinci səviyyə hesab olunur. Sentyabrın 13-də dağlıq turizm zonası olan Uçjişan şəhər dairəsinə sutka ərzində 423 mm yağıntı düşüb. Bu, meteoroloji müşahidələr tarixinin maksimum göstəricisidir. Su axınları səbəbindən blokadada qalan 14 nəfərə xilasedicilər tərəfindən köməklik göstərilib. Regionda sellərə qarşı müxtəlif xəbərdarlıq səviyyələri işə salınıb. Bəzi yaşayış məntəqələrində dərslər təxirə salınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər