Dünya

"Fənərbağça"nın sabiq vitse-prezidenti Liviyada qəzaya uğradı - FOTO - VİDEO

14 Sep 2026, 15:58 2 baxış
"Fənərbağça"nın sabiq vitse-prezidenti Liviyada qəzaya uğradı - FOTO - VİDEO
Səhər saatlarında Atatürk Hava Limanından havaya qalxan iş adamı Hamdi Akına məxsus "TC-AKF" qeydiyyat nömrəli özəl reaktiv təyyarə Liviyada eniş edərkən uçuş-enmə zolağından çıxaraq alovlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Misrata Beynəlxalq Hava Limanında özəl təyyarə enişi yerinə yetirərkən uçuş zolağından kənara sürüşüb. Baş vermiş qəza səbəbindən təyyarədə yanğın başladığı və hava limanında uçuşların tamamilə dayandırıldığı qeyd edilib. Təyyarə heyəti və sərnişinləri göyərtəni vaxtında tərk etməyi bacarıb. Qeyd edək ki, Hamdi Akın 2000-2002-ci illər arasında və daha sonra 2024-2025-ci illər dövründə "Fənərbağça" klubunda vitse-prezident olaraq fəaliyyət göstərmişdi.
"Fənərbağça"nın sabiq vitse-prezidenti Liviyada qəzaya uğradı - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər