Dünya

Günəşdə maqnit qasırğalarına səbəb ola biləcək M sinifli partlayışlar proqnozlaşdırılır

14 Sep 2026, 15:54 2 baxış
Günəşdə maqnit qasırğalarına səbəb ola biləcək M sinifli partlayışlar proqnozlaşdırılır
Sentyabrın 14-də və 15-də Günəş səthində gücünə görə sondan əvvəlki sinfə aid olan partlayışların baş verməsi gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "Sentyabrın 14-15-də Günəşdə partlayış aktivliyi əsasən aşağı səviyyədə olacaq, lakin M sinifli partlayışlar istisna edilmir", - deyə məlumatda qeyd olunub. Rentgen şüalanmasının gücündən asılı olaraq Günəş partlayışları beş əsas sinfə təsnif edilir: A, B, C, M və X. Ən zəif olan A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovatt şüalanma gücünə bərabərdir. Hər növbəti hərfə keçid zamanı bu güc on dəfə artır. Bu cür partlayışlar adətən günəş plazmasının kütlə atılması ilə müşayiət olunur ki, həmin plazma buludları Yer kürəsinə çatdıqda maqnit qasırğaları yarada bilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər