Dünya
Ərəbistan dənizindəki ABŞ donanması döyüş hazırlığı vəziyyətinə gətirildi
ABŞ-nin Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin və raket esmineslərinin heyəti yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Oxu.Az "CBS News"-a istinadən xəbər verir ki, sözügedən qərar Qırmızı dəniz akvatoriyasında "Ənsar Allah" (husilər) qruplaşmasının yarada biləcəyi potensial təhlükələrə qarşı atılıb. Bildirilir ki, Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin hazırlıq səviyyəsinin artırılması Yəmən husilərinin sahilboyu irəliləyərək Bab-ül-Məndəb boğazına doğru hərəkət etməsi ilə bağlıdır. Xatırladaq ki, ötən həftə "Ənsar Allah" qüvvələri Moxa liman şəhərini ələ keçirib. Bundan əlavə, husilər Yəmənin Qırmızı dəniz sahilinin əvvəllər hökumət qoşunlarının nəzarətində olan bütün hissəsinə nəzarəti ələ alıblar.
Mənbə
oxu.az
Oxşar Xəbərlər