Dünya

Suriyada kütləvi etirazlar: Nümayişçilər yolları bağladılar - VİDEO

14 Sep 2026, 13:36 2 baxış
Suriyada kütləvi etirazlar: Nümayişçilər yolları bağladılar - VİDEO
Hökumətin neft məhsullarının qiymətini artırmaq qərarından sonra Suriyanın bir sıra əyalətlərində etiraz aksiyaları başlayıb. Nümayişçilər beynəlxalq M-5 magistralı da daxil olmaqla bir neçə avtomobil yolunu bağlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.

Bildirilib ki, etirazlar Hələb, İdlib, Həsəkə, Rəqqa və Deyr-əz-Zor şəhərlərində keçirilir. Nümayişçilər yolları kəsərək orada avtomobil təkərləri yandırıblar. Bəzi şəhərlərdə aksiya iştirakçıları yanacaq daşıyan sisternlərin keçidinə imkan vermirlər. Qeyd edək ki, Suriyada yanacağın qiyməti Energetika Nazirliyi nəzdindəki xüsusi komitə tərəfindən müəyyənləşdirilir. Sentyabrın 12-də sözügedən qurum benzin, qaz və dizel yanacağı üçün tarifləri dəyişib, 25-40% aralığında bahalaşma baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər