Cəmiyyət

OBA sosial məsuliyyət layihəsi həyata keçirdi

14 Sep 2026, 14:38 3 baxış
OBA sosial məsuliyyət layihəsi həyata keçirdi

Fəaliyyətinin 10 illiyini qeyd edən OBA marketlər şəbəkəsi 15 sentyabr – Bilik Gününə özəl olaraq Beyləqan rayonunun Birinci Aşıqlı kəndində “İşıqlı sabahımız naminə” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirib.


Şəhid Rauf Həsənovun adını daşıyan tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə 100 şagirdə məktəb çantaları, müxtəlif dərs vəsaitləri və hədiyyələr təqdim olunub.


Layihə “Güvən” İctimai Birliyinin dəstəyi ilə reallaşıb.


Proqram çərçivəsində məktəblilər üçün xüsusi əyləncəli proqram da təşkil edilib. Animator, face art və sehrbazın iştirakı ilə keçirilən əyləncəli hissə balacalara sevinc dolu anlar yaşadıb, onların Bilik Gününə xoş əhval-ruhiyyə ilə başlamasına rəng qatıb.


“İşıqlı sabahımız naminə” layihəsi uşaqların təhsilinə dəstək olmaq, onların yeni dərs ilinə sevinc və motivasiya ilə başlamalarına töhfə vermək məqsədi daşıyıb.


Qeyd edək ki, layihə “OBA”nın fəaliyyətinin 10 illiyinə həsr olunmuş “Qonşuluqda 10 iz” silsilə korporativ sosial məsuliyyət layihələri çərçivəsində təşkil olunub.


Mənbə axar.az

Oxşar Xəbərlər