Dünya

Rusiya Ermənistana qaz tədarükünü dayandırdı

14 Sep 2026, 12:52 2 baxış
Rusiya Ermənistana qaz tədarükünü dayandırdı
"Qazprom" şirkəti planlaşdırılmış profilaktik və təmir işlərinin aparılması səbəbindən Ermənistana təbii qaz tədarükünü dayandırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Qazprom Ermənistan"ın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təmir işləri Rusiyanın ərazisindən keçən "Şimali Qafqaz - Zaqafqaziya" magistral qaz kəmərinin bir hissəsində həyata keçirilir. Məlumata görə bu xətt üzrə nəql sentyabrın 15-dən 25-dək dayandırılacaq. "Qeyd olunan müddət ərzində respublika istehlakçılarının fasiləsiz və etibarlı qazla təminatı heç bir məhdudiyyət olmadan həyata keçiriləcək", - deyə məlumatda vurğulanıb. Şirkətdən bildirilib ki, İrandan əlavə qaz həcmlərinin tədarük edilməsi də həyata keçiriləcək. Qeyd edək ki, Ermənistana qazın böyük hissəsi Rusiyadan gəlir. 2025-ci ildə "Qazprom" ölkəyə təxminən 2,7 milyard kubmetr qaz verib. Digər bir enerji təchizatı mənbəyi isə "elektrik enerjisi müqabilində qaz" proqramı çərçivəsində tədarük həyata keçirən İrandır. 2026-cı ilin məlumatlarına əsasən, bu tədarükün həcmi ildə 476 milyon kubmetr olaraq qiymətləndirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər