Atatürkün oxşarı ilə bağlı qalmaqal: 30 min istədi - Video
Türkiyədə ölkənin qurucu lideri Mustafa Kamal Atatürkə xarici görünüşü ilə bənzəyən şəxsin pul qarşılığında toy mərasimlərinə qatılması müzakirələrə səbəb olub.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Atatürkü xatırladan geyimdə müxtəlif dəvətlərə qatılan şəxs bu xidmətinin qarşılığında 30 min türk lirəsi (1050 manat) tələb edir.
Onun toy və digər tədbirlərdə Atatürk obrazını xatırladan geyimlərlə görünməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bir sıra istifadəçilər bu addımı tənqid edərək Atatürkə olan sevgi və hörmətdən kommersiya məqsədilə istifadə edildiyini bildiriblər.
Məsələ ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə narazılıq doğurub.