İran nümayəndə heyətini ölkəyə buraxmadılar
İran Atom Enerjisi Təşkilatının rəhbəri və Prezident Məsud Pezeşkianın müavini Məhəmməd İslami və onu müşayiət edən nümayəndə heyəti sentyabrın 12-də Vyanaya yola düşsə də, təyyarə havada olarkən bu səfərinin qarşısı alınıb və onlar təyinat yerinə çata bilməyiblər.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
KİV məsələni ABŞ-ın maneə yaratması ilə əlaqələndirib. Beynəlxalq konfransa qatılmağa icazə verilməyən İslami həmin gün Tehrana qayıdıb.
Blumberq bundan əvvəl ABŞ rəsmisinə istinadla məlumat yaymışdı ki, Avstriya Donald Tramp administrasiyasının təzyiqi nəticəsində Məhəmməd İslamiyə Vyanaya daxil olmağa icazə verməyib. O, sentyabrın 13-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin konfransında çıxış etməli idi.