Digər
Ukrayna ordusu məşhur rus komandiri məhv etdi
Rusiyanın “Rusiç” diversiya-hücum kəşfiyyat qruplaşmasının komandiri Aleksey Milçakov Ukrayna ordusu tərəfindən məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbirlər məlumat yayıb.
Onun harada və hansı şəraitdə öldürüldüyü barədə məlumat verilməyib.
Qeyd edək ki, “Rusiç” ukraynalı əsirlərin edam edilməsi ilə məşhurdur. Milçakovun özü ukraynalı əsirlərin, hətta uşaqların öldürülməsi ilə bağlı dəfələrlə çağırışlar edib.
Mənbə
axar.az