Cəmiyyət

I sinfə gedənlərin sayı sürətlə azalır – Qorxulu proqnoz

14 Sep 2026, 13:35 2 baxış
I sinfə gedənlərin sayı sürətlə azalır – Qorxulu proqnoz

Xəbər verdiyimiz kimi, son 10 ildə I sinfə gedənlərin sayı 40 min nəfərə yaxın aşağı düşüb.


Axar.az xatırladır ki, 2026-2027-ci tədris ilində Azərbaycanda 124 min uşaq I sinfə gedəcək.


Bu isə 24,4% azalma deməkdir.


Hansı ki bu rəqəm 2016–2017-ci tədris ilində 164 min idi.


Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlara görə, Azərbaycanda 2021-ci ildə 112 284, 2022-ci ildə 122 846, 2023-cü ildə 112 620, 2024-cü ildə 102 310 və 2025-ci ildə isə 95 875 uşaq doğulub. 2026-cı ilin tam statistikası məlum olmasa da, bu ilin yanvar-iyun aylarında 40 800 uşaq dünyaya gəlib.


Beləliklə, 6 ildən sonra – 2032-ci ildə birinci sinfə təxminən 81 min uşaq gedəcək ki, bu da hazırkı rəqəmdən 43 min azdır.


Məlum olur ki, 2016-26-cı illər ərzində, 10 ildə azalma 40 min, qarşıdakı 6 ildə isə 43 min azalma olacaq. Bu da Azərbaycanda doğuş sayında necə sürətli azalma olduğunu göstərir.

Mənbə axar.az

Oxşar Xəbərlər