Siyasət

Azərbaycanla Monqolustan arasında hava əlaqəsi qurulur

14 Sep 2026, 13:00 3 baxış
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi qurulur
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi qurulur. Oxu.Az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, Azərbaycan və Monqolustan arasında hava əlaqəsi üzrə saziş bu il mayın 6-da Almaniyanın Leypziq şəhərində imzalanıb. Sənəd iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafına töhfə verəcək, aviaşirkətlər arasında səmərəli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq və uçuşların həyata keçirilməsi üçün möhkəm müqavilə formalaşdırmaq məqsədi daşıyır. Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər