Dünya

Hörmüz boğazında gəmi vuruldu: Göyərtədə yanğın başladı

14 Sep 2026, 00:12 2 baxış
Hörmüz boğazında gəmi vuruldu: Göyərtədə yanğın başladı
Hörmüz boğazından keçən gəmi naməlum mərmi ilə vurulduqdan sonra göyərtəsində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. UKMTO bildirib ki, insidentlə bağlı ilkin məlumat sentyabrın 12-də Qrinviç vaxtı ilə saat 23:00-da daxil olub. Lakin gəminin dəqiq nə vaxt vurulduğu açıqlanmayıb. Qurum əvvəlcə ekipajın vəziyyətinin, gəmiyə dəyən zərərin miqyasının və hadisənin ətraf mühitə mümkün təsirinin məlum olmadığını bildirib. Sentyabrın 13-də yayılan yenilənmiş məlumatda isə UKMTO hücumdan sonra gəmidə yanğın baş verdiyini açıqlayıb. Yerli hakimiyyət orqanlarının hadisə yerində olduğu və ekipaj üzvlərinin təxliyəsinə kömək etdiyi bildirilib. UKMTO ərazidən keçən gəmilərə ehtiyatlı olmağı və araşdırma aparan hakimiyyət orqanlarına hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib. İnsident ABŞ ilə İran arasında davam edən münaqişə fonunda ticarət gəmilərinə qarşı bir sıra hücumların baş verdiyi vaxtda qeydə alınıb. Son günlər bir neçə ticarət gəmisi Körfəzin şimalında, Oman körfəzində və İraq sahilləri yaxınlığındakı sularda hədəfə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər