İdman
"Qalatasaray"dan minimal hesablı qələbə...
Türkiyə Superliqasında V tur davam edir.
Axar.az xəbər verir ki, "Qalatasaray" "Kocaelispor"u qəbul edib.
Oyun "sarı-qırmızılılar"ın tam üstünlüyü ilə keçib. Hesab ikinci hissədə açılıb. Əbdülkərim Bardakcı fərqlənib. Bu, matçda yeganə qol olub - 1:0.
Qeyd edək ki, xallarının sayını 13-ə çatdıran "Qalatasaray" liderliyini davam etdirir.
Mənbə
axar.az