Digər

Tramp açıqladı: 11 sentyabr teraktı ilə bağlı gizli məlumatlar...

14 Sep 2026, 00:53 2 baxış
Tramp açıqladı: 11 sentyabr teraktı ilə bağlı gizli məlumatlar...

ABŞ Prezidenti Donald Tramp 11 sentyabr 2001-ci il terror hücumları ilə bağlı əlavə materialları məxfilikdən çıxaracağını istisna etməyib.


Axar.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri İrlandiyadan ABŞ-a yola düşməzdən əvvəl jurnalistlərə bildirib.


"Geri qayıdanda buna baxacağam. Bilirəm ki, bunu cümə günü (11 sentyabr) belə bir xahişlə mənə müraciət olunub", - deyə Tramp qeyd edib.


Qeyd edək ki, 11 sentyabrda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 11 sentyabr 2001-ci il terror hücumları ilə bağlı bir sıra məlumatları məxfilikdən çıxarıb. Bu sənədlər 1998-ci ilin fevralından 2001-ci ilin sentyabrına qədər olan dövrü əhatə edir.

Mənbə axar.az

Oxşar Xəbərlər